Vüqar Nadirov: "Təklif yoxdur, evdə uşaqlarla oynayıram"

31.07.2018 | 3493 dəfə oxunub

"Yerli klublardan heç bir təklif yoxdur. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. Bir də evdə uşaqlarla oynayıram (gülür)".

Stadium.Az xəbər verir ki, bu sözləri Vüqar Nadirov deyib. Mövsümün sonunda "Səbail"dən ayrılan 31 yaşlı hücumçu hələ də özünə yeni komanda tapa bilməyib. Təcrübəli futbolçu bu yaxınlarda ölkə xaricindən təklif alsa da, qəbul etməyib:

"Kiyev "Arsenal"ından təklif almışam. Amma qəbul etmədim. Çünki karyeramı Azərbaycanda davam etdirmək, evimin içində oynamaq istəyirəm. Ancaq yerli klublardan təklif olmasa, Ukrayna variantını dəyərləndirəcəyəm".

Bir vaxtlar "Qarabağ"ın aparıcı oyunçularından olmuş Nadirov sabiq komandasının avqustun 1-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Kukesi" ilə keçirəcəyi görüşə də toxunub:

"Albaniyadakı ilk oyunu izlədim. Rəqib çox sıx oynayırdı. Belə komandalara qol vurmaq çətin olur. Amma məncə, birinci oyunda "Qarabağ" uzaqdan zərbələrə üstünlük versəydi, daha yaxşı olardı. Cavab matçı haqda isə onu deyə bilərəm ki, çətin olacaq. "Qarabağ" nəyin bahasına olur-olsun qol vurmalıdır. Başqa variant yoxdur". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail