BATE-nin baş məşqçisi: "Bakıdakı mühit bizim üçün asan olmayacaq"

03.08.2018 | 4206 dəfə oxunub

“Özümüzü aldatmamaq üçün Helsinkidə HİK-lə oyuna qədər uzağa boylanmırdıq. Ona görə də potensial rəqibləri detallı şəkildə öyrənməmişdik. Əminəm,  “Qarabağ” ciddi rəqibdir”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE  klubunun baş məşqçisi Aleksey Baqa deyib.

O, bildirib ki, qısa zaman kəsiyində rəqibi analiz edəcəklər: “Qarabağ”ın ötən mövsüm ÇL-in qrup mərhələsində çıxış etdiyini bilirəm. Yəqin ki, Bakıdakı mühit bizim üçün asan olmayacaq və matça çox sayda yerli azarkeş gələcək. Azərbaycan klubu ilə oyunun hazırlığına Helsinkidə belçikalı referinin final fitindən sonra start verdiyimizi hesab etmək olar. Boşa veriləsi vaxt yoxdur. İlk görüşü səfərdə keçirəcəyik. Rəqibi analiz edəcəyik və əldə olunan məlumata əsasən, oyunu necə quracağımıza qərar verəcəyik”.

“Qarabağ” II təsnifat mərhələsində Albaniyanın “Kukesi”sini, BATE isə Finlandiya təmsilçisi HİK-i mübarizədən kənarlaşdırıb. Bu kollektivlər arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail