Həbib Nurməhəmmədov Makqreqora meydan oxudu

03.08.2018 | 4173 dəfə oxunub

UFC-nin yüngül çəki üzrə hazırkı çempionu olan rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun döyüşü baş tutmur.

Stadium.Az xəbər verir ki, UFC və MMA döyüşlərində məğlubedilməz olan Nurməhəmmədov oktyabrda Las Veqasda planlaşdırılan bu döyüşün baş tutması üçün ona pul ödənilməsini tələb edir:

“Maraqlı situasiya yaranıb. Onlar bu döyüşün alınmasını istəyirsə, mənə də pul ödənilməlidir. Mən adımdan istifadə olunub pul qazanılmasına imkan vermərəm. Konor və UFC pul qazanır və mən də 200 min dollar istəyirəm. Bunun başqa yolu yoxdur. UFC ilə hazırkı müqaviləm üzrə döyüşməyimi istəyirlərsə, döyüşə bilərəm. Ancaq Puarye ilə. Mən müqaviləm üzrə hərəkət edirəm. Ancaq mənim adımdan pul qazanmaq məqsədilə istifadə ediləcəksə, bu, heç vaxt olmayacaq. Mən məğlubedilməzəm, UFC-nin yüngül çəkidə mübahisəsiz çempionuyam. Makqreqor mənə lazım deyil. Mən ona lazımam. O, son dörd görüşün ikisində uduzub. İki ildir ki, MMA-da döyüşmür. O, bu döyüşü haqq etmir. Dastin Puarye isə bu döyüşə layiqdir. Onlar döyüşməyimi istəyirlərsə, buyurub, mənə pul ödəsinlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail