Ramin Musayev: "Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa sübuta ehtiyac yoxdur"

10.08.2018 | 4021 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirildi.

Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti R.Musayev yeniliklər barədə məlumat verdi:

“Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzu edirəm. I Divizionla bağlı bir sıra müzakirələr oldu. Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il çıxışımda demişdim ki, hansı komanda başqa yollara əl atarsa cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı. Ötən il AFFA prezidenti  Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa sübuta ehtiyac yoxdur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq. Bu isə xoş hal deyil. Odur ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni limit tətbiq edildi. Limit dəyişikliyindən sonra 1-ci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın. Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdır”.

Ramin Musayev yeni mövsümün reqlamenti barədə də danışdı: “Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. 14 komandanın iştirak edəcəyi yarış 2 dövrədən ibarət olacaq”.

I Divizionda ilk turun oyunları 23-24 avqustda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail