Azərbaycan Atletika üzrə Avropa çempionatında gümüş medal qazandı

13.08.2018 | 4145 dəfə oxunub

Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

Stadium.Az xəbər verir ki, 3 təkanla tullanma növündə Aleksis Kopelyo gümüş medala sahib olub. Kubalı legioner 6 cəhdindən ən yaxşısını 16,93 metr nəticə ilə göstərib. Kopelyo əvvəllər Kuba millisində çıxış etdiyi vaxt 2009-cu ildə Berlində keçirilmiş dünya çempionatında bürünc medalçı olmuşdu. O, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da ilk medalını elə eyni məkanda təşkil olunmuş qitə çempionatında əldə edib.

Avropa çempionu adına isə son cəhdində 17,10 metr tullanmağı bacaran portuqaliyalı olimpiya və dünya çempionu Nelson Evora yiyələnib. 34 yaşlı atlet karyerasında üçüncü dəfə Avropa çempionu olub. O, daha əvvəl 2015 və 2017-ci illərdə qitənin ən güclüsü titulunu əldə etmişdi.

Bürünc medala yunanıstanlı Dimitrios Tsiamis 16,78 metr göstərici ilə sahib olub. Azərbaycanın digər təmsilçisi Nazim Babayev isə ondan cəmi 2 santimetr geri qalaraq, 4-cü yeri tutub və mükafatçılar sırasına düşə bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail