Əmrah Çlikəl: «Bu günə kimi nə Əfran, nə Rauf, nə də başqa bir futbolçu üçün bizə rəsmi təklif gəlməyib» - MÜSAHİBƏ

«Bütün klublar «Qarabağ»la oyuna Avroliqa oyunu kimi baxırlar»

14.01.2012 | 5801 dəfə oxunub

"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin "Stadium.az" saytına müsahibəsi:

- Arxada qalan dövr necə keçdi?

rnrn

- Arxada qalan dövr nə klub rəhbəri kimi məni, nə də texniki heyətimizi qane etdi. Çox gözlənilməyən xallar itirdik. O xaları qazanmış olsaydıq, indi komandamız başqa mövqedə dayanmışdı. Əlbəttə, bunun da müəyyən səbəbləri var. Standard oyunumuzu saxlaya bilmirik. Hər mövsüm müəyyən zaman olur ki, komandamız qara zolağa düşür. Amma əsas odur ki, altılıqda qalıb, mümkün olan qədər yüksək pilləyə qalxaq. Bundan da hələ uzaqlaşmamışıq.

rnrn

- Sizə elə gəlmirmi ki, hər mövsüm komandanızın qara zolağa düşməsinin səbəbi heyətinizin kasad olmasıyla bağlıdır?

rnrn

- Heyəti formalaşdıran sponsor yox, texniki heyətdir. Mən bunu məsuliyyətdən qaçmaq üçün demirəm. Həmişə də bildirmişəm ki, ortada bir səhv varsa, bu hər birimizə aiddir. Ancaq formalaşdırılan heyətə baş məşqçi və onun köməkçiləri cavabdehdir. Bu yolda isə biz onlara dəstək veririk.

rnrn

- Amma futbolçunuzun hansısa zədələnəndə, cəzalananda komandanız arzuolunmaz durumda qalır

rnrn

- Mən bununla bir azarkeş kimi razıyam. Baş məşqçimiz bu suala daha dolğun cavab verə bilər, nəinki mən. Mənə elə gəlir ki, qış fasiləsində edəcəyimiz transferlərlə bu boşluğu da aradan qaldıracağıq.

rnrn

- Sizi ən çox üzən oyunlar hansılar oldu?

rnrn

- «Sumqayıt Şəhər»lə hər iki oyun. O oyunlarda 5 xal itirməsəydik, indi liderdən cəmi 3 xal geridəydik.  Əsas odur ki, o oyunlardan nəticə çıxarasan.

rnrn

- Adətən çempionatdakı komandalar çempiona qarşı daha çox dirəniş göstərirlər. Amma bizim çempionatda fərqlidir. Bütün komandalar «Qarabağ»a qarşı daha yüksək motivasiya ilə meydana çıxır. Bunun səbəbini nədə görürsüz?

rnrn

- Çünki «Qarabağ» bir Avropa komandasıdır. «Qarabağ» avropada öz sözünü demiş komandadır. Buna görə də, çempion komanda da daxil olmaqla, bütün klublar «Qarabağ»la oyuna Avroliqa oyunu kimi baxırlar. Bunu da normal qarşılayırıq. Əsəs məsələ budur ki, biz buna hazır olaq.

rnrn

- Hazırkı mövsümdə hədəfiniz nədir?

rnrn

- Klubumuzun vitse-prezidenti Tahir Gözəl bəy də dəfələrlə bildirib ki, biz komandanın qarşısına hansısa şərt qoymuruq. Yəni mütləq bunu etməliyik. Sadəcə mümkün olduğu qədər yüksəklərə qalxmaq əsas məqsədimizdir. Tahir bəyin bu sözlərindən də aydın olur ki, biz ancaq ölkə futbolunun inkişafı üçün çalışırıq. Biz klubun sponsorluğunu qəbul edəndə düşünürdük ki, Azərbaycan futboluna xidmət edək, müəyyən səviyyəyə çatdıraq. Avroliqa oyunları ilə də bunu müəyyən mənada bacarmış olduq. Artıq 3 ildir ki, Avrodiqada uğurlu çıxış  edərək bu yolda doğru addımlar atmış olduğumuzu özümüz üçün sübut etmiş olduq. Çempion olmaq hər il əsas hədəfimizdir. Amma olmayanda da, bunu böyütmürük. Əsas olan komandanın avropada tanınmasıdır.

rnrn

- Son zamanlarda Rauf Əliyevlə Əfran İsmayılovun «Qarabağ»dan gedəcəyiylə bağlı xəbərlər səngimək bilmir

rnrn

- Bizim bu futbolçuları satmaq fikrimiz yoxdur. Hansısa futbolçumuzu satıb gəlir əldə etmək kimi bir fikrimiz heç vaxt olmayıb. Çünki bunun bizə heç bir xeyri olmayacaq. Bir futbolçunun başqa çempionata keçməsi həm onun karyerasına, həm də milliyə xeyir verəcəksə, buna da mane olmarıq. Amma pul qazanmaq niyyətiylə «Qarabağ» heç bir futbolçusunu satışa çıxarmayıb, çıxarmayacaq da. Amma daha güclü çempionat, daya çox nüfuz, futbolçunun tanınması, nüfuzlu yerdə ynayıb ölkənin adını yüksəklərə qaldıracaq kimi bir sərfəli təklifə isə yox demərik.

rnrn

- Bəs bu futbolçular üçün «Qarabağ»a müraciət edən olub?

rnrn

- Tam səmimi deyə bilərəm ki, bu günə kimi nə Əfran, nə Rauf, nə də başqa bir futbolçu üçün bizə rəsmi təklif gəlməyib.

rnrn

- Yayılan xəbərlərdə bildirilir ki, Vaqif Cavadov «Qarabağ»a dönür. Düzdü bu?

rnrn

- Bununla bağlı Vaqiflə heç bir danışığımız olmayıb. Mən biləni Vaqif hələ də «Volqa» klubunun futbolçusudur. O elə futbolçudur ki, burada bütün klublar onun kimi futbolçuya sahib olmaq istər, biz də həmçinin. Bura qayıtmaq istəsə, bu barədə də son söz baş məşqçimizə aiddir.

rnrn

- Vaqif «Tvente»dən ayrılanda məhz sizin təklif etdiyiniz pula razı olmayaraq «Bakı» klubunun təklifini qəbul etdi. Bunun indiki danışıqlara təsiri ola bilər?

rnrn

- Mən deməzdim ki, Vaqif pulu üstün tutdu. O daha çox peşəkarlığı önə çəkdi. Peşəkar futbolçurndaharnçox pul qazanmaqrnistəyər.

 - Komandaya yenirnfutbolçularrnalınacaq?

rnrn

- Məncə baş məşqçimizin planlarında var. Bunun üçün də Antalyadakı təlim-məşq toplanışını gözləyirik.                                                        

rnrn

Söhbətləşdi: VüsalrnBƏBİRLİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail