Hacı Əliyev: "Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm"

08.09.2018 | 3909 dəfə oxunub

"Hazırlığımız davam edir. Bu, il ərzində yeddinci təlim-məşq toplanışımızdır. Qarşıda bizi Belarusun paytaxtı Minskdə beynəlxalq turnir gözləyir".

Stadium.Az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirəsinə həsr edilən Qran Pri ərəfəsində deyib.

Üçqat dünya çempionu əsas hədəfinin 22 – 28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı olduğunu vurğulayıb: "Oktyabr ayının sonlarında dünya çempionatında iştirak edəcəyik. Yaxşı hazırlaşıram və dördüncü dəfə dünya çempionu olmaq istəyirəm. Əvvəl 61 kq çəki dərəcəsində çıxış edirdim. İndi isə 65 kq-da mübarizə aparacağam. Bu çəki dərəcəsində isə təzə və güclü rəqiblər var. Mən onların çəkisinə qalxmışam. Dünya çempionatında çətinlik olacaq. Amma əlimdən gələni edəcəyəm ki, bu dəfə də qızıl medal qazanım".

28 yaşlı idmançı Avropa çempionatının finalında məğlub olduğu rusiyalı idmançı İlyas Bekbulatovla bu il qarşılaşmaq ehtimalı barədə də danışıb: "Hazırda o, Rusiya yığması ilə birgə Polşada yarışdadır. Dünya çempionatında iştirak edəcək idmançıları seçirlər. Hansı idmançının mundiala qatılacağı 1-2 gün ərzində müəyyənləşəcək. Mənim üçün heç bir fərqi yoxdur. Əslində bütün Rusiya idmançıları güclüdür. Hansı rəqib olur-olsun hazırlığımı yüksək səviyyədə keçirirəm. Həmin idmançı ilə qarşılaşsam, ona qalib gəlməyə çalışacağam".

İkiqat Avropa çempionu Bakıda birlikdə təlim-məşq toplanışında olduqları Türkiyə idmançılarından fəndlərini gizlətmədiyini söyləyib: "Məşq vaxtı əsas lazım olan fəndləri işlətmək lazımdır ki, yarışlarda rahat olasan. Mənə elə gəlir ki, rəqiblər fəndləri görsələr də, fərq eləmir. Bütün görüşləri izləyirlər. Çalışıram ki, tətbiq etdiyim fəndləri daha da sürətli edim və qarşımı almaq çətin olsun". Minskdəki turnir 14 - 16 sentyabrda təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail