"Bakı" Hollandiyanın liderinə böyük hesabla uduzdu

14.01.2012 | 4628 dəfə oxunub

Yanvar ayının 9-da Antalyaya yola düşən "Bakı" klubu bu gün ilk yoldaşlıq matçına çıxıb. Stadium.az xəbər verir ki, "zolaqlılar" ilk görüşündə Hollandiya nəhəngi "AZ Alkmaar" klubu ilə qarşılaşıb.

Qış fasiləsinə ilk pillədə yollanan "AZ Alkmaar" 17 turdan sonra 38 xalla Hollandiya çempionatının vahid lideridir.

Bu isə o deməkdir ki, Aleksandr Starkovun komandasını heç də asan sınaq gözləmirdi. Bu görüşdə "Bakı" rəqibinə böyükhesabla məğlub olub. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "Bakı" ikinci hissədə qapısında daha 3 top görüb. "Zolaqlılar"ın yeganə qoluna isə Uinston Parks imza atıb.

"Bakı" nğvbəti yoldaşlıq görüşünü yanvarın 19-da "İnqolştadt" klubuna qarşı keçirəcək. 

14 yanvar

Yoldaşlıq görüşü

18:00. "Bakı" (Azərbaycan) - "AZ Alkmaar" (Hollandiya) - 1:5 
Qollar: 
Elm, 16 (0:1), Martens, 25 (0:2), 56 (0:4), Beerens, 32 (0:3), Uinston Parks, 87 (1:4), Bovmans, 90 (1:5)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail