Daha bir cüdoçumuz medalsız qaldı - Dünya çempionatı

24.09.2018 | 4231 dəfə oxunub

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxıb.

Stadium.az xəbər verir ki, kişilərin yarışında 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev mübarizə aparıb. Yarışa 1/32 final mərhələsindən başlayan 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusev olub. Mehdiyev bu rəqibinə qızıl xal hesabına qalib gəlsə də, növbəti mərhələdə mübarizəni dayandırıb. O, dünya və Avropa çempionatlarının mükafatçısı olan macarıstanlı Kristian Tota Golden Score-da ipponla uduzub.

Geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail