Cüdoçumuz finalda uduzdu - Dünya çempionatı

27.09.2018 | 1114 dəfə oxunub

Bakıda davam edən cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulub

Stadium.az xəbər verir ki, Yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu – Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxıb. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə Aleksandr Qordiyenkoya (Ukrayna) 2 dəqiqə 9 saniyəyə ipponla qalib gəlib. Cüdoçumuz 1/4 finalda Lukas Krpaleki (Çexiya) məğlub edib. Kokauri yarımfinalda Bekmurod Oltiboyevlə (Özbəkistan) qarşılaşıb. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşıb və rəqibinə uduzub.

Kindzerska isə litvalı Sandra Yablonskiteni məğlub edib. O, 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub. 27 yaşlı idmançı 1/4 finalda Larisa Çeriçə (Bosniya və Herseqovina) 1 dəqiqə 22 saniyəyə ipponla məğlub olub. O, bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə türkiyəli Kayra Sayıta uduzub.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına bu gün keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

19:46  "Bney Yehuda" - "Neftçi" - HEYƏTLƏR

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.08.2019

12:00  Günün oyununa necə baxaq? - TV AFİŞA

13.08.2019

19:37  "Qarabağ" - APOEL - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.08.2019

23:57  "Qarabağ"ın son məşqi - FOTOLAR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi