Həbib Nurməhəmmədovun meneceri həbs edilib

07.10.2018 | 4732 dəfə oxunub

Rusiyalı samboçu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib.

Stadium.Az xəbər verir ki, o, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dava Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən dərhal sonra başlayıb.

İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Bununla yanaşı, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Həbib Nurməhəmmədov çempion elan edilsə də, çempion kəməri ona təqdim olunmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail