Klopp: "Dünyanın ən mənasız turniri Millətlər Liqasıdır"

09.10.2018 | 3936 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasını tənqid edib. Stadium.Az xəbər verir ki, alman mütəxəssis yarışı mənasız turnir adlandırıb:

"Təəssüf ki, "Mançester Siti" ilə oyundan sonra futbolçularımız dünyanın ən mənasız turniri olan Millətlər Liqasında oynamaq üçün öz yığmalarının düşərgəsinə yollanacaq”.

Klopp daha sonra kinayə ilə deyib: “Ümid edirəm ki, onlar milli komandalarında sağlam qayıdacaq və Premyer Liqa, Çempionlar Liqası kimi asan turnirlərdə oynayacaqlar.

Əgər futbolçuları formada görmək istəyirsinizsə, onlara istirahət üçün fasilə verin. Oyunçuların yığmaya getməsi elə də ciddi və böyük problem deyil. Əgər indi hansısa millinin baş məşqçisinə zəng vurub 1-2 futbolçunu düşərgəyə çağırmamağı xahiş etsəm, mənə Millətlər Liqasına görə təzyiq altında olduğunu söyləyəcək. Açığı, bilmirəm, orada nə qazanmaq olar. Amma gələn yay bu turnirdə hansısa final oyunu keçiriləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail