DÇ-2012-nin “Könüllülük Proqramı”na start verildi

17.01.2012 | 4919 dəfə oxunub

Hər bir FIFA çempionatı kimi, Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatını da könüllülərin iştirakı olmadan təşkil etmək mümkünsüzdü. Stadium.az xəbər verir ki, onların məqsədyönlülüyü, yardımsevərliyi və dostcanlılığı dünyanın dörd bir tərəfindən gəlmiş azarkeşlərin yaddaşına müsbət və unudulmaz xatirələr həkk edəcək və çempionatı daha da rəngləndirəcək.
 
Planlara əsasən, çempionata yerli və xarici olmaqla  1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərə bilərlər.
 
Qeyd edək ki, könüllülük proqramının bir sıra özəllikləri vardır. Belə ki, könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasına üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dili bacarığının olması ilkin şərtlərdəndir.
 
Hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaq:
- Könüllülər üçün xüsusi hazırlanmış uniforma
- Xidmət günlərində qida və içkilər
- FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər
- Xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə
- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq könüllülük sertifikatı
- Könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak
- Könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlərdə iştirak
 
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər.
http://www.fifa.com/u17womensworldcup/organisation/volunteers/index.html
Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lər, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda bu aydan başlayaraq mütəmadi təqdimatlar keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail