"Mançester Siti" Rəhim Sterlinqlə müqavilə yeniləyib

10.11.2018 | 3838 dəfə oxunub

"Mançester Siti"nin hücumçusu Rəhim Sterlinq klubla olan müqaviləsini yeniləyib. Stadium.Az xəbər verir ki, gənc futbolçu həftəsinə 300 min funt sterlinq qazanacaq.

“Şəhərlilər”in ən çox maaş alan futbolçusu olan Rəhimin yeni müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Rəhim öz açıqlamasında "Mançester Siti"də xoşbəxt olduğunu və klubu tərk etmək fikrində olmadığını bildirib:

“Yeni müqavilə bağladığıma görə çox sevincliyəm. "Mançester Siti"də mən daha da yaxşı oynamağa başlamışam. Mən buraya gəldiyimin ilk dəqiqəsindən doğru seçim etdiyimi anlamışam. Mən burada uzun illər oynayaraq çoxlu titullar qazanmağı hədəfləmişəm. Azarkeşlərə və klub rəhbərliyinə mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”

Rəhim Sterlinq bu mövsüm "Mançester Siti"nin heyətində 9 oyuna çıxaraq 6 qol vurub, 5 asisst edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail