Güləşçimiz dünya çempionu olub

19.11.2018 | 1797 dəfə oxunub

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır. Stadium.Az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrəyığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb.

İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.

Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya üçüncüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda rusiyalı idmançı Aslanbek Sotievə qalib gələrək dünya çempionu olub.

61 kq

1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6

Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2

74 kq

Təsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ) -:+

1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+

1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3

86 kq

Bürünc medal görüşü - Murad Süleymanov - Aleksander Robert Mur (CAN) 10:0

1/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:14

1/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:1

1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7

92 kq

Final - Şamil Zubairov - Aslanbek Sotiev (RUS) 13:8

1/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)

1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4

1/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0

Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ