Qurban Qurbanov: "Rəqib bizdən üstün idi və hər hansı dəyişiklik fayda verməyəcəkdi"
UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olan yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət də gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə vurdular, o da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Onlara uğurlar arzulayıram.
- Məğlubiyyəti yorğunluqla əlaqələndirirsiniz, yoxsa psixoloji problemlə?
- Bunların heç birini misal gətirmək istəməzdim. Rəqib həqiqətən güclüdür. Həm, psixoloji cəhətdən, həm ustalıq səviyyəsi baxımından bizdən üstün idilər. Qalib gəlmək lazım idi. Fərqli istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da olur, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.
- Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiniz. Komandanın “B” planı yox idi ki, qol buraxılsa, necə oynayacaqsınız? Axı, fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.
- Sadəcə, 3 oyunçu dəyişmək imkanımız var idi. Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hər hansı dəyişiklik fayda verməyəcəkdi.
- Millətlər Liqası bitdi. Bizi, millimizi nə gözləyir? Qeyd etdiniz ki, millimizin potensialı budur. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə nə edə bilərik?
- Bunu deyə bilmərik. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyyən zamandan sonra cavab vermək olar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |