Rüfət Ddaşov ili başa vurub

29.11.2018 | 1619 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ili erkən başa vurub. Stadium.Az “Münstersche Zeitung” portalına istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” komandasının formasını geyinən 27 yaşlı hücumçu III liqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.

Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı. 

Hazırda 29 xalla 2-ci pillədə qərarlaşan “Proyssen”in qış fasiləsinə qədər liqada 4 oyunu qalıb. Münster təmsilçisi “Halleşer”, “Tsvikkau” və “Fortuna” ilə evdə, “Karlsrue” ilə isə səfərdə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.06.2020

18:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ