Rəşad Sadıqovdan tarixi rekord

29.11.2018 | 4852 dəfə oxunub

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov daha bir tarixi göstəriciyə imza atıb.

Stadium.Az xəbər verir ki, Azərbaycan millisində 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi tarixə düşən 36 yaşlı müdafiəçi avrokuboklarda da bu rəqəmi fəth edib.

R.Sadıqov buna Avropa Liqasının qrup mərhələsinin “Sportinq”lə hazırda yeni başlayan görüşdə start heyətdə meydana çıxmaqla nail olub. Bu, onun qitə miqyaslı klub turnirlərində 100-cü matçı olub. Rəşad bu göstəriciyə 17 ildə çatıb.

2001-ci il avqustun 9-da “Neftçi”nin UEFA kubokuna “Qoritsa” ilə evdə keçirdiyi görüş 19 yaşlı müdafiəçinin debütü kimi yadda qalıb. Rəşad “Neftçi”dən başqa “Kayserispor” və “Qarabağ”ın heyətində də avrokuboklarda çıxış edib.

99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə “Kayseripor”unda meydana çıxıb.Rəşad “Neftçi”də isə 18 matçda 2 qol vurub. "Sportinq"lə matç Rəşad üçün  “Qarabağ”la avrokuboklardakı 77-ci görüş olub. O, bundan əvvəlki 76 oyunda 5 dəfə fərqlənib.

Sadıqov Çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 59, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail