"Qızıl top" mükafatının sahibi müəyyənləşib

04.12.2018 | 3093 dəfə oxunub

"France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib.

Stadium.Az xəbər verir ki, Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Qızıl top”un sahibi olub. Səsvermədə  Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus") ikinci, Antuan Qrizmann ("Atletiko", Fransa) üçüncü olub. Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.

L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.

Mərasimdə həmçinin, ilin ən yaxşı gənc futbolçusunun da adı bəlli olub. Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb. 

Tədbirdə ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusu "Qızıl top" mükafatı təqdim olunub. Bu mükafat Norveç millisinin və Fransa "Lion"unun hücumçusu Ada Hegerberqə verilib.

"Qızıl top" mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi ilə müəyyyənləşib. Bu mükafatı ötən il Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo qazanmışdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail