Quardiola: "İndi çempionluq uğrunda mübarizə aparmaq olar"

05.01.2019 | 4135 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandasının "Liverpul" üzərində qələbəsindən danışıb. Stadium.Az xəbər verir ki, çalışdırıcı bu oyunu finala bənzədib:

“Futbolçularımla qürur duyuram. Son 2 oyunda uduzmuşduq. Amma komandamın 16 ay ərzində etdiyini unutmaq olmaz. "Liverpul"la qarşılaşma final oyunu qədər əhəmiyyətli idi. Məğlub olsaydıq hər şey bizim üçün bitəcəkdi. Futbolçularım ağlasığmaz oyun göstərdi. Çempionlar Liqasında da məhz belə oynamalıyıq. Rəqibdən qorxmurduq. Təzyiqlərə tab gətirməyi bacardıq.

"Liverpul" liderliyini davam etdirir. Xal fərqini azaltdıq. İndi çempionluq uğrunda mübarizə aparmaq olar. İngiltərə Premyer Liqasında bütün qarşılaşmalar finala bənzəyir. Hər bir komanda titul uğrunda mübarizəyə hazır və layiqdir”. 

"Mançester Siti" - "Liverpul" matçı meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail