"Konor viski satışından kifayət qədər pul qazanır"

18.01.2019 | 3205 dəfə oxunub

Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes maraqlı açıqlama edib. Stadium.Az xəbər verir ki, məşqçi yetirməsinin Konor Makqreqorla revanş dötüşünü dəstəkləyir:

“Revanşın olmasını istəyirəm. Düzü, bu döyüşə qazanc mənbəyi kimi baxıram. MMA-da heç bir qarşılaşma Həbib-Konor döyüşündən çox pul qazandıra bilməz. Bəlkə də Həbibin başqa planı var. Ola bilsin Ferqussonla qarşılaşmaq istəyir. Bütün hallarda yanvarın 29-na qədər gözləmək lazımdır. UFC həmin gün qərar verəcək. Həbiblə Konorun cərimələnəcəyini , yaxud rinqdən birdəfəlik uzaqlaşdırılacağını yaxında biləcəyik. Konorun işləri yaxşı gedir. Viski satışından kifayət qədər pul qazanır. İmkanı genişdir. Revanşın Texasdakı “Kovboys” arenasında keçirilməsini istərdim. Bura 105 min azarkeş tutur. Bənzərsiz şou üçün əla yerdir”, - Mendes bildirib.

Xatırladaq ki, Həbib-Konor döyüşü ötən ilin oktyabrında olub. Nurməhəmmədov məşhur rəqibini 4-cü raundda boğucu fəndlə məğlub edib. Yarış başa çatandan sonra döyüşçülərin tərəfdarları arasında dava düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail