Rafael Ağayev ikinci oldu

28.01.2019 | 3693 dəfə oxunub

Fransada keçirilən “Paris Open” Karate1 Premyer Liqa turnirinə yekun vurulub.

Stadium.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev yarışın son günündə final döyüşünü keçirib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan turnirin həlledici qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə üz-üzə gəlib.

Duelin taleyini 1 xal həll edib. Minimal hesabla uduzan Ağayev gümüş medala yiyələnib. Xatırladaq ki, Ağayev yarışın ilk günündə Qulam-Abbas Saadini (Pakistan) 7:2, Enes Qaribovici (Xorvatiya) 2:0, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə 5:0, Ali Asker Asiabarini (İran) 2:1 hesabı ilə məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail