"Simurq"un iki rəqibi məlum oldu

24.01.2012 | 5160 dəfə oxunub

“Simurq”  Premyer Liqanın növbəti oyunlarına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. Stadium.az xəbər verir ki, baş məşqçi Sergey Yuran dünən komandasına istirahət verib. Bü gündən isə artıq gündə iki dəfə olmaqla təlim-məşq toplanışı davam etdiriləcək. “Simurq”un hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcəyi növbəti iki rəqibi də müəyyənləşib. Yoldaşlıq oyunu üçün Bolqarıstan və Ruminiya klublarından təkliflər gəlib. Lakin məşqçilər korpusu təlim-məşq toplanışının gedişinə uyğun olaraq rəqiblər seçiblər. Belə ki, Zaqatala təmsilçisi Gürcüstanın “Torpedo” və Almaniyanın II Bundesliqasında mübarizə aparan “Dinamo” klubları ilə qarşılaşacaq. Kutaisi təmsilçisi ilə oyun yanvarın 26-sı günorta saatlarında “Mardan Spor Kompleksi”ndə keçiriləcək. Almanlarla görüş isə yanvarın 30-na planlaşdırılıb.

Yanvarın 14-dən “Mardan Spor Kompleksi”ndə məskunlaşan “Simurq” heyətə yeni cəlb olunmuş futbolçularla birlikdə intensiv hazırlıq proqramını davam etdirir. Artıq zədəli futbolçular Andreys Rubins və Daniel Genovda komanda ilə birlikdə məşqlərdə iştirak edir.

Təlim-məşq toplanışına baxış üçün bir çox yerli və legioner futbolçular dəvət olunubdur. Bunlar içərisində moldovalı hüçumçu Vyaçeslav Sofrani də var. Komanda ilə birlikdə məşq edən futbolçu ilə hələ rəsmi müqavilə imzalanmayıb.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail