Bahodir Nasimov: "Tərlan Əhmədov məni "qaralamışdı"

26.02.2019 | 6551 dəfə oxunub

Qış fasiləsində "Keşlə"dən ayrılaraq ölkəsinin "Navbaxor" klubuna keçən Bahodir Nasimov Özbəkistan mətbuatına müsahibə verib:

- Sizin Azərbaycan klubu ilə 1 illik müqaviləniz var idi. Necə oldu ki, oradan ayrılıb, "Navbaxor"a keçdiniz?

- Səbəb odur ki, "Keşlə"də olarkən məni meydana buraxmırdılar, daim ehtiyatda qalırdım. Son oyunlarda isə ümumiyyətlə heyətə düşmürdüm. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur - E.S) məni "qaralamışdı". Klub rəhbərliyi ilə görüşüb, komandadan ayrılmaq istədiyimi bildirdim.

- Oynamamağınıza səbəb nə idi? Baş məşqçi ilə aranızda konflitk var idi, yoxsa başqa məsələyə görə sizə şans vermirdi?

- Son 6 ayda komandada 3 məşqçi dəyişdi. Klubun ən böyük problemi odur ki, rəhbərlik həmişə baş məşqçinin işinə qarışır. Hətta iş o yerə çatmışdı ki, meydana çıxan oyunçuları da klub prezidenti müəyyənləşdirir, kimin oynayıb-oynamayacağı ilə bağlı baş məşqçiyə göstəriş verirdi. Məni oyunun sonuna 5-10 dəqiqə qalmış meydana buraxır, maksimum 1 hissə oynamağa icazə verirdilər. Sonda dözmədim və müqaviləyə xitam verilməsini xahiş etdim.

- Klubun sizə borcu qaldı?

- Yox, bura gələndə tam olaraq mənimlə hesablaşdı və bütün sənədləri aldı.

- Deməli, Azərbaycana növbəti səfəriniz uğursuz alındı, istədiyiniz kimi olmadı...

- Hə, həqiqətən uğursuz alındı. Açığı, mən də komandaya uyğunlaşa bilmədim. "Keşlə" düşündüyüm qədər güclü deyildi. Amma baş məşqçi 4-5 oyunda mənə şans versəydi, düşünürəm ki, özümü ən yaxşı tərəfdən göstərə bilərdim. Matçın sonuna 10 dəqiqə qalmış qol tələb etmək tamamilə absurddur. Digər tərəfdən, hər bir futbolçu uğursuluğun günahını özündə axtarmalıdır.

- Karyeranızı Azərbaycanın digər klublarında davam etdirmək variantı olmadı?

- Xeyr, heç bir klubdan təklif gəlmədi.

- Bəs "Navbaxor"a keçidiniz necə gerçəkləşdi?

- Bura baş məşqçinin dəvəti ilə gəldim. Hələ Azərbaycanda olarkən, Andrey Antanasoviç zəng vurub, komandaya kömək etməyə hazır olub-olmadığımı soruşdu. Mən isə düşündüm ki, ehtiyatda oturmaqdansa, "Navbaxor"a kömək etmək daha yaxşı olar. Qarşıma hədəf qoydum ki, vurduğum qollarla yerli azarkeşləri sevindirəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail