"Zirə" - "Qəbələ": 17-ci duel

02.03.2019 | 1757 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 19-cu turun matçları keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” səfərdə “Zirə” ilə görüşəcək. Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq.

Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. “Zirə” I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.

Ümumilikdə isə “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda “Qəbələ” üstünlüyə malikdir. Komanda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən futbolçular 14 qol buraxıb. “Qırmızı-qaralar”ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.

2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 15, rəqibi 12 qol vurub.

“Qəbələ” səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi “qırmızı-qaralar”ın xeyrinədir – 11:8.

“Zirə” - “Qəbələ” görüşü martın 3-də keçiriləcək.

Mənbə: "Qəbələ"nin saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə