Ronaldo: "Mən sadəcə öz işimi gördüm"

13.03.2019 | 4477 dəfə oxunub

"Biz bu axşamı xüsusi etmək istəyirdik və buna müvəffəq olduq.  Bunu təkcə  mənim qollarım yox,  bütün komanda sayəsində bacardıq. Bizə məhz belə əhval-ruhiyyə ilə Çempionlar Liqasında oynamaq lazımdır. Özümüzlə fəxr etməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab matçını şərh edərkən deyib.

Sözügedən oyunda het-trikə imza atan portuqaliyalı hücumçu bildirib: "Mən sadəcə öz işimi gördüm. Sehrli axşam oldu. Buna görə çox şadam. "Atletiko"ya qarşı oynamaq həmişə çətindir. Amma biz öz oyunumuzla güclü komanda olduğumuzu sübut etdik. Belə xarakter göstərməliyik. Biz düzgün yoldayıq".

Ronaldo Turin klubuna məhz belə oyunlarda kömək etmək üçün dəvət olunduğunu vurğulayıb. O, hazırda final haqda danışmağın tez olduğunu da söyləyib: "Addımbaaddım hərəkət etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail