Elşad Əhmədov: "Oyunun əvvəlində heç-heçəyə razı olmazdıq"

15.03.2019 | 1364 dəfə oxunub

“Maraqlı oyun keçdi. Qırmızı vərəqəyə qədər qol şanslarımız oldu, qapımızda qol gördük. Futbolçularımız ikinci hissədə xarakter göstərdilər”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqasının 21-ci turunda evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.

49 yaşlı mütəxəssis bildirib ki, matçın 28-ci dəqiqəsində Marko Deviçin ikinci sarı vərəqədən sonra meydandan qovulması planlarını pozub:

"Oyunun əvvəlində heç-heçəyə razı olmazdıq. Amma indi bir xal qazandığımızı düşünürəm. Artıq 4-cü matçdır azlıqda qalırıq. Futbolçulara deyirəm ki, meydana elə 10 nəfərlə çıxaq, maraqlı olsun. Bu gün futbolçularımızda istək çox idi. Deviç də ola bilsin ki, bu istəyə görə qırmızı vərəqə aldı. Buna rəğmən, onunla söhbətimiz olacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın yeni transferi
Son xəbərlər

20.07.2019

19.07.2019

18.07.2019

19:47  "Neftçi" - "Sperantsa" - HEYƏTLƏR

18:50  "Universitatya" - "Səbail" - HEYƏTLƏR

17.07.2019

20:24  "Qarabağ" - "Partizani" -HEYƏTLƏR

16.07.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi