Nail Əliyev: "Bakı" artıq təkcə futbol komandası deyil, həm də idman klubu olaraq böyük bir camiəyə çevrilməkdədir"

27.01.2012 | 7518 dəfə oxunub

Bir müddət əvvəl "Bakı" valeybol və futbol klubları ilə yanaşı, idman klubunun da yaradılması barədə xəbər vermişdik. "Bakı İdman Klubu"nun prezidenti Hafiz Məmmədov, birinci vitse-prezidenti isə Nail Əliyevdir. Yeni işlər barədə "Bakı İdman Klubu"nun birinci vitse-prezidenti isə Nail Əliyev "Stadium.az"a açıqlamasında görəcəkləri ilkin işlər barədə məlumat verib: "Bakı İdman Klubu"nda əsasən Olimpiya lisenziyası hüququ verən idman növlərində idmançıların hazırlanması nəzərdə tutulur. Əvvəlcə uşaqlardan başlayacağıq, daha sonra isə daha tanınmış idmançılar "Bakı İdman Klubu"na cəlb olunacaq. İlk növbədə gimnastika, boks, cüdo, güləşə üstünlük verəcəyik. Bildiyiniz kimi voleybol və futbol klubları var. "Bakı" artıq təkcə futbol komandası deyil, həm də idman klubu olaraq böyük bir camiəyə çevrilməkdədir. "Start" idman və sağlamlıq mərkəzi tamamilə "Bakı İdman Klubu"nun sərəncamına verilib. Orada yeni tikinti işlər gedir və yeni bir binanın da tikilməsi nəzərdə tutulur. "Start"da cüdo və gimnastika, eləcə də üzgüçülük fəaliyyət göstərəcək. Və burada ən azı 140 idmançı iş başlnda olacaq. "Bakı" klubunun bazasında da yeni rekanstruksiya işləri aparılır. Orada isə yeni idman kompleksi tikilir. Boks, güləş, voleybol və basketbol da orada olacaq. Əsas məqsədimiz isə Olimpiya idman növlərinə lisenziya xarakterli idmançıların hazırlanması olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail