Ansi Aqolli rəsmən Nyu-York klubunda

26.03.2019 | 4722 dəfə oxunub

Bir neçə gün öncə "Qarabağ"la vidalaşan Ansi Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib. Stadium.Az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.

Albaniyalı futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb. Nyu-York təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşən 36 yaşlı alban müdafiəçi belə deyib:

"Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada Amerika futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həminənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki,Aqolli təkcəbacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".

"Kosmos" klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".

Aqolli 2010-2019-cu illər aralığında "Qarabağ"ın uğurları üçün tər töküb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail