PSJ Tuxellə yeni müqavilə bağlayıb

30.03.2019 | 4378 dəfə oxunub

PSJ baş məşqçisi Tomas Tuxellə müqaviləsini uzadıb. Stadium.Az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

Rəsmi imzalama barədə açıqlama tezliklə elan olunacaq. 

Tuxel PSJ-nin baş məşqçi postuna ötən yay təyin olunub. Həmin vaxt onunla 2020-ci ilin iyulunadək müqavilə bağlanılıb. Cari mövsümdə Paris komandası Çempionlar Liqası və Liqa Kubokunda mübarizəni dayandırıb. Əvəzində paytaxt təmsilçisi Fransa çempionatında ən yaxın izləyicisini 20 xal qabaqlayaraq, turnir cədvəlinə inamla başçılıq edir. Klub habelə Fransa Kubokunda yarımfinala çıxıb.

Daha əvvəl müqavilənin uzadılmasının transferlərlə bağlı fikir ayrılığı üzündən ləngidiyi bildirilirdi. Almaniyalı mütəxəssis yay transfer pəncərəsində heyətin gücləndirilməsinə təminat və özünün oyunçu alış-satışına böyük təsir göstərməsini istəyirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail