Xorvatlar Azərbaycandakı stadion və bazaya həsəd aparırlar

30.03.2019 | 4475 dəfə oxunub

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının ev oyunlarını keçirmək üçün yeni stadion tikiləcək.

Stadium.Az Xorvatiya Futbol İttifaqının (NHS) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Davor Şuker açıqlama verib.

51 yaşlı funksioner rəhbərlik etdiyi təşkilatın Baş Assamleyasında bildirib ki, yeni arenanın inşası paytaxt Zaqrebin qərbindəki Blato rayonunda nəzərdə tutulub. O, stadionun tikintisi üçün FIFA və UEFA-dan da vəsait ala biləcəklərini vurğulayıb:

"Stadion yaxın 2-3 il ərzində tikiləcək. Təəssüf ki, bu il Avropa çempionatının seçmə mərhələsindəki səfər oyunlarımızı Budapeşt, Bratislava, Bakı və Kardiffdəki yeni və gözəl stadionlarda keçirəcəyi halda, dünya vitse-çempionlarının öz ölkəsində arenası yoxdur". 

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə Azərbaycan millisinə rəhbərlik edən həmyerlisi Nikola Yurçeviçlə söhbəti ilə bağlı təəssüratlarını bölüşüb:

“Yurçeviç mənə dedi ki, Azərbaycanda böyük Bakı Olimpiya Stadionundan başqa, fantastik təlim-məşq bazası var. Hamı işləyir, investisiya qoyur, baza və stadionlar tikir. Xorvatiyanın ən azı bir belə infrastruktura sahib olacağını düşünün”.

Xorvatiya yığması AVRO-2020-nin I turunda Azərbaycan millisini Zaqrebdəki “Maksimir” stadionunda qəbul edib. Sonuncu dünya çempionatının finalçılarının ev oyunlarını keçirdiyi arena 1912-ci ildə istifadəyə verilib. 1997-ci ildə stadionun tutumu artırılıb. Hazırda idman qurğusu 35 min 123 azarkeş qəbul edə bilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail