Millimizin FIFA reytinqində mövqeyi dəyişməyib

05.04.2019 | 4968 dəfə oxunub

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Stadium.Az xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə mövqeyini dəyişməyib.

Nikola Yurçeviçinin rəhbərlik etdiyi kollektiv 1202 xalla 108-ci yerdə qalıb. Yığma hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsinin I turundan Xorvatiya kollektivinə səfərdə 1:2 hesabı ilə uduzub. Bakıda isə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, 1 pillə geriləyən Xorvatiya 1621 xalla 5-ci sıradadır. 1539 xalla 19-cu yerdə qərarlaşan Uelsin mövqeyi dəyişməyib. 3 pillə geriləyən Slovakiya 1482 xalla 32-cidir.

İlk “üçlük”də dəyişiklik olmayıb. Lider Belçikanı (1737 xal) Fransa (1734 xal) və Braziliya (1676 xal) izləyir. İki pillə irəliləyən Türkiyə 1457 xalla 39-cu sıradadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail