Çempionlar Liqasında ingilis derbisi Çakıra tapşırılıb

15.04.2019 | 4952 dəfə oxunub

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 oyununa hakim təyinatlarını açıqlayıb. Stadium.Az xəbər verir ki, aprelin 17-də “Mançester Siti” ilə “Tottenhem” arasında keçiriləcək cavab matçı Cüneyt Çakıra tapşırılıb. İngilislərin duelində türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Onqun köməklik edəcəklər.

Görüşün 4-cü hakimi portuqaliyalı Artur Diaş olacaq. VAR (videotəkrar) sisteminə isə Massimiliano İrrati və Marko Quida nəzarə edəcək.

“Portu”- “Liverpul” oyununu isə hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkeli, onun köməkçiləri isə Mario Diks və Hessel Steqstra olacaq. Dördüncü hakim funksiyasını Yunanıstan Futbol Federasiyasından Tasos Sidiropulos yerinə yetirəcək. VAR hakimləri isə Pol van Bukel və Yohem Kamphyuis olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk oyunda “Tottenhem” “Mançester Siti”ni 1:0, “Liverpul” isə “Portu”nu 2:0 hesabı ilə məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail