"Traktor Sazi"nin qapıçısı oyun satmaqda ittiham olunur

18.04.2019 | 1117 dəfə oxunub

Təbrizin "Traktor Sazi" komandasının qapıçısı Möhsün Fruzan oyun satmaqda ittiham olunur. Stadium.Az xəbər verir ki, qapıçının aprelin 12-də Rəştin “Sərdar Cəngəl” stadionunda "Sepidrood"a böyük hesabla məğlub olan komandasına xəyanət etdiyi bildirilir.

İranın “Mehr” xəbər agentliyi M.Fruzanın adına birbaşa işarə etməsə də, etdiyi xəyanətin ifşa olunduğu barədə məlumat yayıb. Agentliyin informasiyasında “Futbol Federasiyasının Əxlaq Komitəsi Super Liqa və birinci dəstə oyunlarını araşdıraraq bir futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini üzə çıxarıb. Mərcləşmə nəticəsində milyardlarla tümən məbləğində pul qazanılıb” sözləri qeyd olunub.

Bildirilib ki, görüşlərin nəticəsi üzərində mərcləşmə yeni hadisə deyil, lakin Əxlaq Komitəsinin məşhur bir futbolçunun mərcə girdiyini aşkar etməsi bu məsələ ilə bağlı yeni təfərrüat üzə çıxarıb.

“Əxlaq Komitəsi bundan əvvəl də həmin futbolçunun bu kimi hərəkətlərini anlayıb, ipucu ələ keçirib. Lakin futbolçuya qarşı heç bir tədbir görməməsi 18-ci super liqa yarışlarında bir komandanın taleyini dəyişdi. Bundan sonra Əxlaq Komitəsindən öncə klub məsulları futbolçuya qarşı tədbir görməyə məcbur oldular”- məlumatda bildirilib.

Futbolçunun bundan əvvəl bir neçə oyunda gizlicə mərcə girdiyini, bu yolla külli miqdarda pul əldə etdiyini yazan xəbər agentliyi səlahiyyətli orqanları bu barədə ciddi tədbir almağa çağırıb. Bildirilib ki, məşhur futbolçu özü birbaşa mərcləşmədə iştirak etmir. O, bu işi qumarbaz qardaşının vasitəsi ilə həyata keçirir. Artıq bu məsələ Əxlaq Komitəsi tərəfindən aydınlaşdırılıb.

Məlumatda əlavə olunub ki, bu oyunçu 18-ci super liqa yarışlarının ən həssas görüşlərindən birində təmsil etdiyi komandanın taleyini dəyişib. Onun yaxınlarından biri bildirib ki, oyunun nəticəsinin bu şəkildə dəyişməsi məşhur futbolçuya 10 milyard tümən məbləğində pul qazandırıb. Mərcləşmə saytlarının birində isə qeyd olunub ki, futbolçu nəzərdə tutulan komandanın qələbəsi ilə bağlı 8 milyard tümən əldə edib. Qalan məbləğ isə oyunun iddia edildiyi hesabla yekunlaşması ilə bağlı olub və ona çatdırılıb.

Məlumatın sonunda Əxlaq Komitəsinin bu oyunçuya qarşı ciddi tədbir görməsinin vacib olduğu vurğulanıb. Bildirilib ki, komitənin belə bir qərar verəcəyi gözlənilir. Hətta futbolçunun müəyyən rəftarları ilə bağlı açıqlama vermək üçün bəzi klubların məsulları komitəyə çağırılıb, araşdırmalar davam edir.

Fruzan "Traktor"un qapıçısı kimi Super Liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşdə qəsdən zəif oynayıb, onun tərəddüd içində olduğunu bütün tamaşaçılar görüb. Qapıçının bu hərəkəti Super Liqa yarışlarının yekunlaşmasına bir neçə həftə qalmış baş verib. Bunun nəticəsində "Traktor Sazi" böyük hesabla rəqibi "Sepidrood"a məğlub olub.

Oyun zamanı hakim Rza Məhdəvi də qərəzli mövqe sərgiləyib və bir çox yanlış qərarlar verib. Hadisəyə azarkeşlərlə ilə yanaşı, klub rəhbərliyi və bəzi yerli məsullar, o cümlədən, Təbrizin millət vəkili Əhməd Əlirzabeygi etirazını bildirib.

Sözügedən oyun 3:1 hesabı ilə başa çatmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

10:14  "Araz" üçün şok itki - 4 futzalçıya viza verilmədi

08.10.2019

19:17  "Azərsun arena"da son durum FOTOLENT

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi