Klopp: "Futbolda ümid hər zaman olur"

07.05.2019 | 4328 dəfə oxunub

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki "Liverpul" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Barselona"nı qəbul edəcək.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolda hər zaman yaxşı nəticəyə ümid olduğunu bildirib:

"Dünyanın ən güclü hücumçularından ikisi oynamayacaq və mərhələ adlamaq üçün bizə 4 qol lazımdır. Bu, həyatı bizim üçün asanlaşdırmır. Səfər oyunundakı nəticə heç də yaxşı olmadı. Qol vurmağa çox çalışdıq. İstənilən halda, bunun əvəzini çıxmaq üçün mübarizə aparacağıq. Futbolda ümid hər zaman olur. Heç nədən 100 faiz əmin ola bilmirsən. Müsbət sonluq üçün çalışacağıq. Bizim planımız budur. Mərhələ adlasaq, möhtəşəm olar. Bunu bacarmasaq, Çempionlar Liqası ilə ən yaxşı şəkildə vidalaşacağıq. "Roma" ötən il "Barselona"nı məğlub edə bilib. Ancaq onlar səfərdə qol vurmuşdular, biz isə yox. Son 6 gündə 3-cü oyunumuz olacaq.

"Barselona" bizdən fərqli, çempionat görüşünə ehtiyat qüvvə ilə çıxmışdı. Ancaq uşaqlar təslim olmayacaqlar. Özümüzü "Roma" ilə müqayisə etmirik. Nələr olacağını birlikdə görəcəyik. 95 dəqiqəyə və ya daha uzun müddətlik mübarizəyə hazır olmaq lazımdır. Rəqibin heyətində Messi harda oynayırsa-oynasın, onu dayandırmaq çətindir. Əgər risk etsəniz, "Barselona" sizi cəzalandıracaq. Mükəmməl oynamalı və ehtiyatı əldən verməməliyik. Bu, əsl futbol bayramı olmalıdır. Ola bilsin ki, bu mövsüm Çempionlar Liqasında son oyunumuz olacaq. Bu üzdən 90 dəqiqəlik mübarizədən həzz almalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail