Valverde: "Barselona" bu görüşə final kimi baxmalıdır"
"İlk oyunda baş verənlərə baxmayaraq, sabah burada nəyin necə olacağı haqda düşünməliyik. Bir həftə əvvəlki nəticəni fikirləşmək yanlış olar".
Stadium.Az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis matça ciddi yanaşmalı olduqlarını söyləyib:
"Barselona" bu görüşə final kimi baxmalıdır. Çətin olacaq, çünki fanatların onların tərəfində olduğunu bilirik. Oyuna nəzarət etmək hər zaman önəmlidir. Ancaq hərdən rəqib sizə narahatlıq yarada bilər. "Liverpul"un sürətli oyunçuları var. Boşluq buraxmamalıyıq".
Valverde "Liverpul"un heyətində Məhəmməd Salah və Roberto Firminonun oynamamasına da münasibət bildirib: "Bütün gücümüzü ortaya qoymalıyıq. Belə oyunlarda zədələrlə məşğul olmaq istəmirik. Əlbəttə, həm Salah, həm də Firmino vacib oyunçulardır. Hər bir məşqçi aparıcı futbolçuların olmamasına görə narahat olur. Bu amil hər zaman vacibdir".
"Barselona"nın çalışdırıcısı sabahkı qarşılaşmada "Liverpul"un qələbə qazanmasını da istisna etməyib: "Qalib gələ bilərlər. Bu mövsüm Premyer Liqada səfərdə cəmi 1 oyunda uduzublar. Düşünürəm ki, meydanda rahat olmayacağıq. "Barselona" - PSJ oyununda hamı fikirləşirdi ki, parislilər səfər qolu sayəsində mərhələni keçəcək. Amma "Barselona" həmin matçda 6 qol vurdu. Bax, buna görə ilk dəqiqələrdən oynamaq lazımdır".
"Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |