Klopp: "Futbolçular bunu necə etdilər, bilmirəm"

08.05.2019 | 4723 dəfə oxunub

"Enfild"də xüsusi bir şey var. Bunu rəqiblərimiz də daxil olmaqla, hər kəs bilir. "Liverpul" burada heç vaxt mübarizə aparmaqdan imtina etməz. Həmişə bütün gücünü meydanda göstərər. Matçdan öncə futbolçulara "mümkünsüzdür, amma bir şansımız var" dedim. Futbolda çox şey yaşadım. Dünyanın ən güclü komandasına qarşı matçda qələbə qazanmaq asan deyil. Qol buraxmadan bu cür hesablı qalib gəlmək isə daha da çətindir. Futbolçular bunu necə etdilər, bilmirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan sonra deyib.

"İndiyə kimi belə bir potensial və  cəsarətin uyğunluğunu görməmişəm. Bir matçda özünüzdən ən çox bu qədər əmin ola bilərsiniz. Oriqi və Şakiri çox oynamırdı. Amma ikisi də  gözəl oyun nümayiş etdirdilər. Bu da çox önəmlidir. Futbolda nələrin mümkün olduğunu göstərən vəziyyətdir. Çox xoşbəxtik" - deyə o bildirib.

Alman mütəxəssis oyundan sonra futbolçusu Ceyms Milnerin meydanda ağlamağına da münasibət bildirib: "Bu, hamımız üçün çox şey ifadə edir. Bu, futbolun ən gözəl anlarıdır. Dünyada çox önəmli şeylər var, amma birlikdə belə bir emosional mühit yaratmaq özəl hissdir".

Klopp Aleksander-Arnoldun künc zərbəsindən sonra Oriqinin vurduğu 4-cü qol haqda da danışıb: "O an sadəcə topun tora daxil olduğunu gördüm. Künc zərbəsini, kimin vurduğunu da görmədim.. Ben Vudbernd də "necə oldu?" deyə soruşdu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail