da Silva: “Onun yoxluğu mütləq özünü göstərməlidir” -MÜSAHİBƏ

31.01.2012 | 6422 dəfə oxunub

“Neftçi”nin braziliyalı medafiəçisi Alessandro Viana da Silvanın “Stadium.az” saytına müsahibəsi:

- Hazırkı durumun necədir?

-  İndi normal demək olar. Çünki artıq məşqlərə başlamışam. Məncə 3-4 gündən sonra zədəm tam sağalacaq. Bundan sonra komandama kömək edə biləcəm.

- Səncə Flavinyonun yoxluğu özün göstərir?

- Əlbəttə, Flavinyo komandanın ən yaxşı oyunçulaırndan biridir. Onun yoxluğu mütləq özünü göstərməlidir.Həm də onunla futbolçular bir-birlərini çox yaxşı başa düşürlər.

- Komandanın hazırkı oyunu səni qane edir?

- Məncə “Poloniya”ya qarşı çox yaxşı oynadılar. Biraz da daha sakit və topa nəzarət edib oynasaydılar, lap əla olardı. Topu daha çox özlərində saxlayanda da, daha çox qal şansı yaradırlar. Bundan qabakı “Metallist”lə oyunda da mərkəzdə problemlərimiz vardı. Amma bu gün daha yaxşı oynadılar.

- Sənin yoxluğunda oynadığın mövqedə Ruslan Əmircanov oynayır. Səncə necə çıxış edir?

- Mənimlə onun oyun tərzi fərlidir. Mən daha çox hücuma qoşuluram, o isə daha çox müdafiəyə diqqət yetirir. Amma Ruslan yaxşı müdafiəçidir, komandaya da kömək edir. O həmişə komandaya xeyir verir.

- Hazırki durumunuz imkan verir ki, çempionatda liderliyinizi qoruyasız?

- Əlbəttə, biz yaxşı komandayıq. Amma bir qədər də komplektləşməliyik.

- Səncə heyəti gücləndirmək lazımdı?

- Bu baş məşqçi və rəhbərliyin qərarıdır.

- “Neftçi” “Paxtakor”u da uda biləcək?

- Bizə qələbə lazımdır ki, Azərbaycana yüksək əhval-ruhiyədə qayıdaq. Bunun üçün də uşaqlar əllərindən gələni edirlər. 

Söhbətləşdi: Ümid BABA

ANTALYA 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail