Messidən daha bir rekord

20.05.2019 | 4334 dəfə oxunub

İspaniya La Liqasının son turunda "Eibar"la qarşılaşmada (2:2) dubl edən "Barselona"nın kapitanı Lionel Messi mövsümü bombardir kimi tamamlayıb.

Stadium.Az xəbər verir ki, 36 qolun müəllifi olan argentinalı superulduz ən yaxın izləyicisini 15 top qabaqlayıb.

Bununla Leo sabiq "Real"lı Uqo Sançesin rekordunu yeniləyib. Sançes 1986-87 mövsümündə 34 qolla Piçiçi mükafatını əldə edəndə ən yaxın izləyicisi olan "Barselona"lı Qari Linekeri 20 top üstələyib.

Bu mövsüm bütün turnirlərdə qollarının sayını 50-yə çatdıran Messi karyerasında 6-cı dəfə buna nail olur.

Messi eyni zamanda karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatına yaxındır. Hazırda yalnız PSJ-nin hücumçusu Kilian Mbappenin ona çatmaq şansı var. Fransa çempionatında sona 1 tur qalmış gənc forvard "Barsa"nın kapitanından 4 qol geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail