"Yuventus"un prezidenti "Bakı"ya nə üçün gəlib? - FOTOLAR

29.05.2019 | 4794 dəfə oxunub

“Yuventus”un prezidenti Andrea Anyellinin Bakıya gəlişinin əsl səbəbi məlum olub. Stadium.Az İtaliyanın “Tuttusport” nəşrinə istinadən xəbər verir ki, Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək klub rəsmisi həm də “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub. 

Qəzet yazıb ki, ötən gecəni London klubunun məskunlaşdığı “Four Seasons” otelində keçirən Anyelli bu gün səhər italiyalı məşqçi ilə görüşüb. “Çelsi”nin prezidenti Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Böyük Britaniyanın “The Sun” nəşri isə yazıb ki, təcrübəli mütəxəssis “Arsenal”la bugünkü final oyununun nəticəsindən asılı olmayaraq, “zadəganlar”dan ayrılmaq istəyir. İngilislərin Sarrini 5 milyon funt-sterlinq təzminat qarşılığında “Yuventus”a buraxmağa hazır olduğu bildirilir.

"Yuventus" prezidentinin "Çelsi" rəsmiləri ilə keçirdiyi görüşdən çəkilən gizli şəkillər








Səhifənin yuxarısına keçidYuxarı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail