Ramil Şeydayev də Mxitaryanı tənqid etdi

29.05.2019 | 4091 dəfə oxunub


"Hesab edirəm ki, bu normal hal deyil. İdmanla siyasəti qarışdırmaq düzgün deyil. Hər tərəfli təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdir".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Rusiyanın Sport.ru saytına müsahibəsində deyib.

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının "Çelsi" ilə keçiriləcək finalı üçün Bakıya gəlməməsinə münasibət bildirən "Krılya Sovetov"un hücumçusu Bakının dinc şəhər olduğunu və futbolçunun qərarını anlamadığını qeyd edib: "Mən xatırlamıram ki, Bakıda kiməsə toxunsunlar. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib. 

Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdir. Əgər sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu ümumiyyətlə səhv addımdır. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdır. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail