“Qarabağ” Fransa Liqa 1-də asanlıqla oynaya bilər"

29.05.2019 | 1214 dəfə oxunub

“Azərbaycanda futbol elə də pis deyil. 2-3 yaxşı klub var. Çempionatları Fransadakından asan keçmir. “Qarabağ” Liqa 1-də asanlıqla oynaya bilər. Digərləri isə Fransanın birinci və ikinci liqasının qarışığıdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri mövsümün sonunda “Keşlə”dən ayrılan Conatan Ayite Fransa mətbuatına açıqlamasında deyib. Toqolu futbolçu həm futbolumuzun səviyyəsindən, həm də ölkəmizdəki yaşayış tərzindən söz açıb:

“Biz çempionatda sonuncu yeri tutsaq da, yanvardan sonra hamı heç bir klubun Premyer Liqanı tərk etməyəcəyini bilirdi. Birinci divizion komandalarının kifayət qədər büdcəsi yoxdur.

Ailəm Bakıda özünü xoşbəxt hiss edirdi. Bura kənd deyil, böyük şəhərdir. Sadəcə, fransızlar hər zaman tanımadıqları yerlərdən qorxurlar. Hələ Türkiyəyə yollananda çoxları düşünürdü ki, hansısa mifik ölkəyə getmişəm. İndi isə orada çoxlu fransız var. 4-5 ildən sonra Bakıda da belə olacaq. Ümid edirəm ki, Essyenin gəlişi bir çox qapıları açacaq. Onunla danışmışam, özünü Azərbaycanda səfir kimi hiss edir.
Amma ümumilikdə Azərbaycan futbol ölkəsi deyil. Oyunlara az azarkeş gəlir. Futbolun keyfiyyətini artırmaq üçün xeyli sərmayə tələb olunur. Burada insanlar daha çox İngiltərə, Fransa, İspaniya və İtaliya çempionatlarının oyunlarını izləyirlər. PSJ-ni, “Lion”u tanıyırlar. Ümumiyyətlə, ölkədə fransızları sevirlər. Burada həm də Ağ Şəhər adlanan yer var. Oradakı binalar Parisdəkilərə bənzəyir”.

Ayite Avropa Liqasının final oyununun Bakıya salınmasına da münasibət bildirib: “Bu, həqiqətən də böyük hadisədir. Artıq hər şey hazırdır. Bakının artıq “Formula 1” təcrübəsi var. Təhlükəsizlik? Bunu heç soruşmaq lazım deyil. Burada kriminal hadisələr minimum həddədir. Başa düşürəm, Bakı Qərbi Avropa ölkələri üçün elə də əlverişli şəhər deyil. Amma bir dəfə gəlsələr, xoş sürprizlə qarşılaşacaqlar. Burada heç kim təzyiqlə üzləşmir. Qadınlar asanlıqla işləyir, heç bir problem yoxdur. Türkiyədə isə bəzi qaydalar daha sərtdir. Azərbaycan Türkiyə ilə müqayisədə Qərbi Avropaya daha yaxındır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qurban Qurbanov stadionda yatıb-dururdu" - Keçmiş "Qarabağ"lı futbolçu
Son xəbərlər

21.09.2019

12:57  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.09.2019

11:15  "Qarabağ" - "Sevilya" FOTOLENT

19.09.2019

19:49  "Qarabağ" - "Sevilya" -HEYƏTLƏR

00:54  PSJ - "Real" - 3:0 VİDEO

18.09.2019

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:28  "Zalsburq" - "Genk" - 6:2 VİDEO

01:08  "Ayaks" - "Lill" - 3:0 VİDEO

00:09  "Lion" - "Zenit" - 1:1 VİDEO

17.09.2019

20:04  Messi qayıdır - Həkimlər razılıq verdi

20:01  Son 2 min bilet - "Qarabağ" - "Sevilya" görüşü

19:59  "Qarabağ"da ciddi itki - "Sevilya"ya qarşı oynamayacaq

15:31  "Qurban Qurbanov stadionda yatıb-dururdu" - Keçmiş "Qarabağ"lı futbolçu

12:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi