"İnsanlar bu ölkənin adını eşidəndə düşünə bilərlər ki, “bura haradır?”
“Kipr təcrübəsindən sonra Azərbaycana getməyi təklif etdilər. İnsanlar bu ölkənin adını eşidəndə düşünə bilərlər ki, “bura haradır?”. Ancaq onlar ölkəni görsələr, yaxşı mənada təəccüblənərlər”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Bilal Həmdi “France Football” nəşrinə açıqlamasında deyib. Azərbaycan futbolu haqda danışan əlcəzairli oyunçu yeganə problemi komandaların sayının az olmasında görür:
“Premyer Liqada cəmi 8 klub var. Bir komanda ilə mövsüm ərzində 4 dəfə oynayırsınız. Hamısı Bakıda məşq edir, amma bəziləri ev oyunlarını qonşu şəhərlərdə, öz stadionlarında keçirir. Ölkənin bütün futbolçuları Bakıda yaşayır. Yalnız “Qəbələ”nin təmsil etdiyi bölgə paytaxtdan 1.5 saatlıq məsafədə yerləşir. Digərləri isə 30-40 dəqiqəlik”.
Həmdi yerli futbolçularımızın səviyyəsinə də toxunub: “Azərbaycanlı futbolçuların səviyyəsi pis deyil. Düzdür, texniki cəhətdən Avropa səviyyəsində olmasa da, bəzi maraqlı elementlər var. Burada fiziki hazırlıq amilini qeyd edə bilərəm. Qaçmaqdan yorulmurlar. Çempionatda məhsuldarlıq aşağıdır, çox qol vurulmur. Əks halda yarış daha maraqlı olardı. Stadionlarda qazonun keyfiyyəti Liqa 2 klublarının oynadığı örtüklərdən geri qalmır. Liqa 2-də çox oynamışam, qışda qazonun vəziyyəti pis olur”.
“Zirə” ilə daha əvvəl çıxış etdiyi Fransanın ikinci liqasının klublarını müqayisə edən yarımmüdafiəçi burada hər şeyin daha peşəkar səviyyədə olduğunu söyləyib: “Kiprdə isə hər şey tərsinə idi. 4-5 peşəkar klubdan başqa, digərlərində vəziyyət çətin idi. “Zirə”də iki massajçı, həkimlər çalışır. Hər şeyimiz var. Mənə demişdilər ki, ora gedəndə yaxşı mənada təəccüblənəcəksən. Belə də oldu. Daim beşulduzlu otellərdə qalırıq. Liqa 2 təmsilçiləri ilə müqayisədə mənim çıxış etdiyim klubda hər şey daha peşəkar səviyyədədir. Klubun yaxşı strukturu var. Maaşa gəlincə, vergini özləri ödəyir. Bu, pis deyil. Burada orta əməkhaqqı təxminən 300 avrodur. Rahat yaşayırsınız. Bir sözlə, futbolda pul var. Heç bir klubda maaş gecikməsi olmur. Hər şey tənzimlənir”.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu haqda da danışan futbolçu şəhərin belə bir mötəbər matçı qəbul etməyə hazır olduğunu bildirib. Bilal həmçinin ölkəmizdə təhlükəsizliyin də yüksək səviyyədə olduğunu vurğulayıb: “Bakı Avropa Liqasını qəbul etməyə tam hazırdır. İki ingilis klubu möhtrəşəm stadionda oynayacaq. Bilirəm ki, bu oyun ətrafında bəzi tənqidlər oldu. Ancaq ora yollanan insanlar şəhəri görəndən sonra... Bakıda bir neçə gün öncə “Formula 1” yarışı keçirildi. Bu, elə-belə hadisə deyil. Yeganə problem yolun uzaqlığıdır. Ora gedənə qədər tanıdığım yaxın adamlardan ölkə haqda məlumat toplamışdım. Bakının gözəl şəhər olduğunu demişdilər. Doğrudan da inkişaf etmiş ölkədir. Ailəm üçün kiçik fransız cəmiyyəti var. İngilis və fransızdilli məktəblər fəaliyyət göstərir. İnsanlar açıq fikirlidirlər. Bu, uşaqların tərbiyəsi üçün əladır. Ən əsası, təhlükəsiz şəhərdir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |