Eddi İsrafilov millidən kənarda qaldı

30.05.2019 | 4584 dəfə oxunub

Azərbaycan millisinin heyətində dəyişiklik olub. Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb.

Buna səbəb yarımmüdafiəçinin klubu "Alkorkon"un son oyununda zədələnməsi olub. Həkim müayinəsinin nəticəsinə əsasən, 27 yaşlı orta sahə oyunçusu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən İsrafilov toplanışda iştirak etməyəcək. Baş məşqçi Nikola Yurçeviç komandaya əlavə futbolçu dəvət etməyəcək və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail