Pedro Rodriges Bakıda iki rekord birdən vuraraq futbol tarixində bunu bacaran yeganə futbolçu oldu

30.05.2019 | 4751 dəfə oxunub

"Bu titulu qazanmaq möhtəşəm hissdir. Biz bunu haqq etdik. Artıq təqaüdə çıxa bilərəm". Stadium.Az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" komandasının futbolçusu Pedro Rodriges Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. 

31 yaşlı hücumçu bu turnirdə ilk cəhdə titula sahib olduğunu bildirib.  O, final matçında qol vurduğu üçün xoşbəxt olduğunu deyib:

"İndi bunu qələbəyə layiq olan azarkeşlərlə qeyd etməliyik. Finalda çox yaxşı oynadıq və qollar vurduq. Oyun ilk hissədə bərabər səviyyədə idi. İkinci yarıda isə topa nəzarət etdik və qol epizodları yaratdıq".

Pedro Rodriges final qarşılaşmasında komandasının ikinci qoluna imza atıb. O, tarixdə klub və milli üçün əsas sayılan bütün titulları qazanan yeganə futbolçu olub. Təcrübəli oyunçu İspaniya milli komandası ilə dünya və Avropa çempionluğunu, "Barselona" ilə Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionluğunu qazanıb. İspaniyalı futbolçu Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun finalında fərqlənməyi bacaran futbolçu kimi də tarixə düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail