Fabreqas "Arsenal"ın məğlub olmasında Özili günahkar bilir

30.05.2019 | 4691 dəfə oxunub

"Monako"da forma geyinən Sesk Fabreqas sabiq komandası "Arsenal"ın Avropa Liqasının finalında "Çelsi" ilə keçirdiyi oyunu dəyərləndirib.

Stadium.Az xəbər verir ki, ispaniyalı futbolçu "topçular"ın məğlubiyyətini (1:4) komandadakı lider çatışmazlığı ilə əlaqələndirib.

O, xüsusən də, almaniyalı yarımmüdafiəçi Məsut Özili tənqid edib: "Səndə liderlik bacarığı ya olur, ya da olmur. Özil "Real"da futbol tarixinin ən yaxşılarından olan Kriştiano Ronaldo da daxil olmaqla, top-oyunçuların əhatəsində idi. Onun da yüksək səviyyədə oynadığına şübhə etmirəm. Amma əgər "Real", "Barselona" və "Bavariya" kimi dünya nəhənglərini tərk edirsənsə, geri addım atırsan. Bu, 3 klubda deyilsənsə, özünü daha yaxşı tərəfdən göstərməlisən, çünki ən yaxşıların əhatəsində deyilsən. Səni komandanın lideri olmağın üçün alıblar. Ancaq mənim fikrimcə, Məsutda bu xüsusiyyət yoxdur. Hər gün onunla birlikdə məşq etmirəm. Amma hesab edirəm ki, Məsut liderlik keyfiyyətinə sahib deyil".

Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçirilib.

Image result for ‪fabregas‬‏



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail