Obradoviç: "Futbolçuların meydandakı işindən razıyam və bu, nəticəsini göstərəcək"

02.06.2019 | 4490 dəfə oxunub

“Hər iki komanda üçün qarşıdakı rəsmi görüşlərə hazırlıq baxımından vacib oyun oldu. Çoxlu futbolçunu meydanda yoxladıq. İndi Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz ilk qrup oyunu haqda düşünürük, sonra isə növbəti oyunlara baxacağıq. Təlim-məşq toplanışının gedişi məni sevindirir. İki həftəyə yaxındı bir yerdəyik, uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar".

Stadium.Az xəbər verir ki, bu sözləri U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç  əsas millimizə 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

"Əsas milliyə qarşıdakı oyunlarda uğurlar, yetirmələrimə isə bugünkü kimi hər iki hissədə bu cür səylə oynamağı arzulayıram. Əsas milli ilə yoxlama oyunu bizim üçün vacib idi. Çünki bu cür güclü rəqiblərlə yoxlama oyunu keçirmək imkanımız az olur. Futbolçularımın bugünkü oyundan zövq aldıqlarını deyə bilərəm. Onlar üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. Əsas tələbimiz taktiki, nizam-intizamla bağlı idi. Oyunda bu yüksək səviyyədə oldu. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticəsini göstərəcək" - deyə o bildirib.

M.Obradoviç Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Lixtenşteynlə görüş haqda da danışıb: "Səfərə 3 xal qazanmaq üçün gedəcəyik. Rəqibdən daha yaxşı olduğumuzu düşünürəm. Ancaq bunu meydanda da sübut etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail