Nikola Yurçeviç: "Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur"

02.06.2019 | 4214 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç U-21 yığmamızı 3:0 hesabı ilə məğlub etdiləri yoxlama oyunundan sonra sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Ümumi götürsək, yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların çıxışını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb, gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.

- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirləriniz necədir?

- Təxminən bir həftədir ki, bizimlə birgə məşq edir, özünü yaxşı tərəfdən göstərir. Deyə bilmərəm, bu, onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək. Hər halda, qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudur. Ondan gələcəkdə nəsə gözləyirik.

- Rüfət Dadşov ikinci hissədə meydana daxil oldu, amma sonradan yenə əvəzləndi. Bu, nə ilə bağlı idi?

- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər, kimsə daha çox, kimsə daha az oyun vaxtı əldə etdi. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçu mövqeyində oynaya bilən 3 futbolçu var. Razılaşmışdırmışdıq ki, onların hamısı oyun vaxtı əldə etsin. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, vaxtı öz aralarında bölüşdürüb, onları oyuna buraxdım. Burada narazılıqdan söhbət gedə bilməz.

- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisinizmi?

- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur. Hər birinin üstün cəhətləri var. Hələ ki, kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.

- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmağı və Eddi İsrafilovun olmamağı komandanın planına necə təsir edəcək?

- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizimlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşitmək mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərmişdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdursa, bu, digər oyunçular üçün şansdır. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu alınmırsa, vəziyyətlə barışmalıyıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail