"Qarabağ" ÇL oyunlarını harda oynayacaq?

02.06.2019 | 5092 dəfə oxunub

2019/20 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi təsnifat mərhələlərində irəliləyəcəyi təqdirdə bütün rəqiblərini bu arenada qəbul etmək niyyətindədi. Amma Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinə yüksəlsə, bu halda ev oyununu Bakıdakı başqa bir arenada qəbul etmək məcburiyyətində qalacaq.

Həmin mərhələnin ilk görüşləri 22-23, cavab görüşləri 29-30 iyulda olacaq. Bu müddətdə - 20-28 iyul tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı təşkil ediləcək və bir neçə yarış Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Turnirlər üst-üstə düşdüyündən, hətta cavab görüşü Bakıda olsa belə, “Qarabağ” təkrar matça texniki olaraq hazırlığı yekunlaşdıra bilməyəcək. Bu səbəbdən komanda ikinci mərhələnin Bakıdakı görüşünü başqa bir stadionda keçirməli olacaq.

Məlumata görə, klub ikinci mərhələnin oyunu üçün UEFA-ya Mərdəkandakı “Dalğa Arena”nı sifariş etməyi düşünür. Digər kiçik ehtimal kimi “Azersun Arena” da var. Lakin  arenanın ot örtüyündə müəyyən problemlər olduğundan hazırkı durumda ən real variant kimi “Dalğa Arena” görünür. Hazırda bu yöndə klub işlər aparır.

Ağdam klubu avrokuboklarda ikinci mərhələnin ev oyununu əzəli rəqibi “Neftçi”nin meydançası – 8-ci km stadionunda keçirməyi isə düşünmür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail