UEFA-dan daha bir yenilik - Daha bir əvəzetmə olacaq

10.06.2019 | 4596 dəfə oxunub

UEFA növbəti qayda dəyişikliyinə hazırlaşır. Stadium.Az "Sky Sports"a istinadən xəbər verir ki, qitə futbol qurumu beyin sarsıntısı keçirən futbolçuların meydana qayıtmaması üçün əlavə əvəzetməyə icazə verə bilər.

Bu barədə UEFA-nın prezidenti Alksandr Çeferin məlumat verib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la oyununda sözügedən halla üzləşən "Tottenhem"in müdafiəçisi Yan Vertongeni gördükdən sonra bu fikrə düşdüklərini bildirib:

"Ona nəsə olacağından çox qorxdum. Çünki meydana geri dönərkən özünü yaxşı hiss etmədiyi aşkar görünürdü. Vertongen həmin vaxt ölə bilərdi. Bununla bağlı qaydada dəyişiklik etmək üçün FİFA rəsmiləri ilə görüşəcəyik. Onlar da bu problemi həll etməyə çalışırlar. Oyunçulara nəsə olsa, ömür boyu peşmançılıq çəkərik. Hansı futbolçunun köməyə ehtiyacı varsa, dərhal ona yardım etməliyik. Qayda dəyişikliyi oyuna təsir etməyəcək".

Dəyişikliyin 2021-ci ilədək qüvvəyə minəcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail